Ərdoğandan iddialı açıqlama: `Mosul bizim olub`


01:22     24 Oktyabr 2016 1459783662_erdogan-4-aprel.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hazırda İŞİD tərəfindən tutulan Mosul şəhəri vaxtilə türk torpaqları olub.


Femida.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğan bu barədə Bursada tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi", - deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan növbəti dəfə Qərb ölkələrini tənqid edərək deyib ki, onlar indiyədək İraq və Suriya üçün müsbət mənada heç nə etməyiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 3931